Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın Natanzdakı və Buşəhr elektrik stansiyasının yaxınlığındakı dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsini, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Nizamnaməsini və beynəlxalq hüququ pozur.
Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
O bildirib ki, nüvə obyektlərinə zərbələr radioaktiv materialların genişmiqyaslı yayılmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.
Arakçı ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını təcavüz aktı adlandırıb və hücumlara dərhal son qoyulmasını və dəyən ziyana görə İsrail və ABŞ tərəfindən tam kompensasiya ödənilməsini tələb edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.