AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 24-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, ümumilikdə 6 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. Mütəxəssis sözügedən matçlarda hakimlərin doğru qərar verdiyini təsdiqləyib.
Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" qarşılaşmasından (1:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov bildirib ki, Kamilo Duranın epizodunda onların lehinə penalti verilməli idi.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: