RU

İranın energetika naziri: Elektrik enerjisi istehsalında problem yoxdur

BAKI, 23 mart. TELEQRAF

İranda elektrik enerjisi təminatı ilə bağlı problem yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İranın energetika naziri Abbas Əliabadi ölkədə elektrik enerjisi istehsalında artıqlığın olduğunu bildirib. Onun sözlərinə görə, əhalinin bu məsələ ilə bağlı narahat olmasına əsas yoxdur.

“İran elektrik enerjisi istehsalında artıqlığa malikdir və insanlar bu barədə narahat olmamalıdır”, - deyə nazir qeyd edib.

Abbas Əliabadi əlavə edib ki, infrastruktur obyektlərinə hücumlar əslində İran xalqına qarşı yönəlmiş hücum kimi qiymətləndirilməlidir.

Избранный
111
teleqraf.com

1Источники