Bakı. Trend:
Samoanın paytaxtı Apia şəhərindən 204 km cənub-qərbdə, Sakitokeanda 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildiriblər.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 02:26-da qeydə alınanzəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 kmşimal-şərqdə yerləşib.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "çoxgüclü" kimi qiymətləndirilir.