RU

Zinəddin Zidan FFF ilə razılığa gəlib

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Fransa millisinin keçmiş oyunçusu Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə milli komandanın baş məşqçisi olmaq barədə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb. 

Mənbənin sözlərinə görə, FFF prezidenti Filip Diallo Fransa millisinin yeni baş məşqçisinin adını artıq bildiyini söyləyib. Lakin mütəxəssisin adını açıqlamayıb və yalnız beş nəfərin hamısının fransız olduğunu bildirib.

"Real" məşqçisi kimi Zinəddin Zidan ikiqat İspaniya çempionudur. O, həmçinin komanda ilə iki İspaniya Super Kubokunu və üç Çempionlar Liqası titulunu qazanıb.

Qeyd edək ki, Fransa yığması DÇ-2026-da Seneqal, Norveç və adı pley-offda müəyyənləşəcək komanda ilə bir qrupda oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
99
sport24.az

1Источники