RU

Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır – SƏBƏB

Bu gündən etibarən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işlərinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu çərçivədə təmir işləri paytaxtın bir sıra avtomobil yollarında bu gün saat 08:00-dan start götürərək 30 mart 2026-cı il saat 22:00-dək davam edəcək.

Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

Təmir aparılacaq küçə və yolların siyahısı:

1. Heydər Əliyev prospekti (“Ramstore” körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək);

2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək);

3. Ziya Bünyadov prospekti (metronun “20 Yanvar” stansiyasından “Koroğlu” qovşağınadək);

4. Babək prospekti (“Ramstore” körpüsündən Lütfi Zadə küçəsinədək);

5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək);

6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən metronun “20 Yanvar” stansiyasınadək);

7. Nəriman Nərimanov prospekti;

8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək);

9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək);

10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək);

11. İzmir küçəsi;

12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək);

13. Fətəli xan Xoyski küçəsi (metronun “Gənclik” stansiyasından Əliyar Əliyev küçəsinədək);

14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək);

15. Salyan şosesi (“Bibiheybət” məscidindən Bakı kənar dairəvi yolunadək);

16. Bakı Dairəvi I avtomobil yolu;

17. Zığ şosesi (beton yol);

18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək);

20. Yusif Səfərov küçəsi;

21. Üzeyir Hacıbəyli küçəsi;

22. Zərifə Əliyeva küçəsi;

23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək);

24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək);

25. Vaqif küçəsi (metronun “Gənclik” stansiyasından Səməd Vurğun küçəsinədək);

26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək);

27. Pirşağı-Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi);

28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

29. Bibiheybət şosesi;

30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi);

31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi;

32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi;

33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi;

34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi;

35. Qala dördyol ayrıcından Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə;

36. Qala-Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol;

37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi;

38. Novxanı-Pirşağı yolu;

39. Xırdalan dairəsi-Binəqədi yolu;

40. Balaxanı-Binəqədi yolu;

41. Binəqədi-Novxanı yolu;

42. Lökbatan-Güzdək yolu (1-9-cu km).

Избранный
36
47
nocomment.az

10Источники