RU

ABŞ bu ƏRAZİYƏ ORDU GÖNDƏRİR – KİV

“The Jerusalem Post” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdə hərbi qüvvələrinin yerləşdirilməsini sürətləndirib. Nəşr iddia edir ki, bu addım Vaşinqtonun İranın Xarq adası üzərində nəzarəti ələ keçirmə planları ilə bağlı ola bilər.

Məlumata əsasən, ABŞ-ın adanı ələ keçirməsi üçün əsas variant kimi quru əməliyyatı nəzərdən keçirilir. Bildirilir ki, guya bu plan barədə ABŞ-ın yüksək vəzifəli rəsmiləri israilli həmkarlarını məlumatlandırıblar.

KONKRET.az xəbər verir ki, qəzet həmçinin ABŞ rəsmilərindən birinə istinadla yazır ki, ABŞ ordusu minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.

Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və iddia xarakteri daşıyır./infoaz.media

Избранный
98
konkret.az

1Источники