RU

İranda növbəti konflikt: SEPAH bu qüvvə ilə TOQQUŞACAQ KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran daxilində təhlükəsizlik strukturları arasında fikir ayrılıqları ilə bağlı iddialar yayılmaqdadır.

KONKRET.az xəbər verir ki, məlumatlara görə, son dövrlərdə baş verdiyi bildirilən pilotsuz uçuş aparatlarının hücumları fonunda ölkənin polis qüvvələri ilə elit hərbi struktur olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında narazılıq yarana bilər.

İddialarda qeyd olunur ki, daxili təhlükəsizlik üçün cavabdeh olan FARAJA əməkdaşları özlərini daha həssas vəziyyətdə hiss edir və təhlükəsizlik baxımından kifayət qədər qorunmadıqlarını düşünürlər.

Mənbələrə görə, bəzi polis nümayəndələri qeyri-rəsmi söhbətlərdə əsas risklərin onların üzərinə düşdüyünü bildirirlər.

Eyni zamanda, bəzi xarici mənbələr, o cümlədən Mossad ilə əlaqəli olduğu iddia edilən məlumatlarda, bu vəziyyətin İran daxilində təhlükəsizlik sistemində müəyyən çatlar yarada biləcəyi vurğulanır. Lakin bu məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi qeyd olunur.

Analitiklər hesab edir ki, İran hakimiyyəti üçün əsas məsələ təhlükəsizlik qurumları arasında koordinasiyanı qorumaq və daxili sabitliyi təmin etməkdir. Bu cür iddiaların artması isə ölkə daxilində psixoloji gərginliyi yüksəldə bilər.

Rəsmi Tehran isə mövzu ilə bağlı hələlik geniş açıqlama verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
1
konkret.az

2Источники