RU

Tokio birjasında Nikkei indeksi 4,98% düşdü

Asiya birjaları İranda baş verən hadisələr səbəbindən yeni həftəyə enişlə başlayıblar.

Trampın İrana ultimatumundan sonra Bitcoin ucuzlaşdı – YENİ QİYMƏT

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Asiyanın ən böyük fond birjası olan Tokio Fond Birjasında ticarət, Yaxın Şərqdə davam edən gərginlik fonunda geriləmə qeydə alınıb.

Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərinin hərəkətini əks etdirən əsas Nikkei indeksi, yerli vaxtla saat 10:00-a (Bakı vaxtilə saat 05.00) 4,98% düşüb.

Yerli analitiklər qeyd edirlər ki, səhm qiymətlərini aşağı salan əsas səbəb Yaxın Şərqdə davam edən hərbi toqquşmalardır. Ötən həftənin sonlarında ABŞ maliyyə bazarlarında müşahidə olunan eniş və «Dow Jones» indeksinin son beş ayda ən aşağı səviyyəyə düşməsi də Tokiodakı investor əhval-ruhiyyəsinə də təsir göstərib.

Bu fonda ien də dollara qarşı zəifləməyə davam edib. Valyuta ticarətinin açılmasından bəri yen 0,16% zəifləyərək 1 dollar üçün 159,47 yenə çatıb.

Избранный
55
fed.az

1Источники