RU

Türkiyədən Azərbaycana 193 milyon dolları pul köçürülüb - AMB

2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 16,2 %-dən 16,4 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.


Telegram kanalımız
Избранный
21
7
yenisabah.az

10Источники