RU

Lənkəranda qəzaya düşən şəxslərin vəziyyəti necədir?

Lənkəranda baş verən qəzada xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü qadın, 3-ü kişi olmaqla xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.

Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Diğər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil qiymətləndirilir.

Xatırlatma: hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan "Audi Q7" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Sözügedən avtomobil daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar, 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.


Telegram kanalımız
Избранный
107
3
yenisabah.az

10Источники