RU

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziriMəhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza özadımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoşarzularımı çatdırmaqdan məmnunluq duyuram.

Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinəbağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlananAzərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədəqərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıxtəmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarasımünasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfliəsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarınınreallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyatakeçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıqgündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari,sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya,humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığıgündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabaddailk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslıdövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir.İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiznailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzdaəməkdaşlığa xidmət edir.

Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlıetimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regionalvə qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlarçərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistanqardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın dahada möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayişetdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksəkqiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış vəxalqlarımızın ümumi mənafelərinə tam cavab verənAzərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətlisəylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyədavam edəcəkdir.

Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəmcansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı vəfiravanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar vəyeni-yeni nailiyyətlər arzulayıram".

Избранный
44
46
az.trend.az

10Источники