Bu ilin yanvar ayında Azərbaycana 4 ölkədən dəyəri 17,4 milyon ABŞ dolları olan 20,1 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.
Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,8 milyon ABŞ dolları və ya 2 dəfə, həcm ifadəsində isə 9,7 min ton və ya 1,9 dəfə çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan yalnız bir ölkəyə - Ermənistana dəyəri 1,168 milyon ABŞ dolları olan 1 743 ton "Aİ-95" markalı benzin ixrac edilib.
2026-cı ilin yanvar ayında Azərbaycanın "Aİ-95" markalı benzin idxal etdiyi ölkələr:
| Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
| Belarus | 4946,7 | 4303,63 |
| Birləşmiş Ərəb Əmirlikləri | 7357,58 | 6233,36 |
| Rumıniya | 2246,85 | 1959,22 |
| Yunanıstan | 5508,62 | 4912,31 |