RU

Tehranın "elektron beyni" darmadağın: İsrail Müdafiə Nazirliyinin zavodunu vurdu

İsrail Müdafiə Ordusu (ÇAXAL) sübh saatlarında İran Müdafiə Nazirliyinə məxsus elektron istehsalat kompleksinə kütləvi hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, Tehranın şimal-şərqində yerləşən strateji binanın hədəf alınması barədə məlumatı İranın müxalif mənbələri və yerli sakinlər yayıb. Zərbə nəticəsində kompleksin daxilində güclü yanğın başladığı və elektron avadanlıqların istehsal edildiyi sexlərin ciddi zərər gördüyü bildirilir. Kəşfiyyat məlumatlarına görə, həmin bina İran ordusunun PUA-ları, raket yönləndirmə sistemləri və kiber-müharibə vasitələri üçün zəruri olan mikrosxemlərin və yüksək texnologiyalı komponentlərin hazırlandığı ən mühüm mərkəzlərdən biri hesab olunurdu.

Şahidlərin verdiyi məlumata görə, Tehranda ard-arda bir neçə güclü partlayış səsi eşidilib və ərazidəki hava hücumundan müdafiə sistemləri hücumun qarşısını almağa çalışsa da, İsrail qırıcıları hədəfi dəqiqliklə vurmağa nail olublar.

Rəsmi Tehran hələlik itkilər və dağıntıların miqyası barədə geniş bəyanat yaymasa da, paytaxtın həmin hissəsində hərbi hərəkətliliyin kəskin artdığı və yolların nəqliyyatın hərəkəti üçün bağlandığı qeyd olunur.

Musavat.com

Избранный
104
musavat.com

1Источники