RU

Azərbaycan sement klinkeri istehsalını 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 654 min ton sement klinkeri istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 354 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 3 min 945 ton sement klinkerləri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 12 % azdır.

"Cebheinfo.az"

Избранный
26
1
cebheinfo.az

2Источники