RU

İran ABŞ ı itkiləri gizlətməkdə ittiham edir: “Həqiqi rəqəmlər açıqlanmır”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İran ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı itkilərin real sayını gizlətdiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari açıqlama verib.

Onun sözlərinə görə, ABŞ ordusu həlak olan və yaralanan hərbçilərin əsl sayını ictimaiyyətdən gizlədir.

“Yanlış siyasətiniz səbəbindən amerikalı əsgərlər sizin başladığınız müharibədə hər gün həlak olur, öz qanlarına qərq olur. Siz isə Amerika xalqına və onların ailələrinə itkilərin real statistikasını təqdim etməkdən yayınır, müharibə ilə bağlı xəbərləri ciddi şəkildə senzura edirsiniz”, – deyə Zülfüqari brifinq zamanı bildirib.

O əlavə edib ki, əgər ABŞ ordusu itkilərlə bağlı dəqiq və vaxtında məlumat versə, bu, orduda parçalanmaya və əsgərlərin əmrlərə tabe olmamasına səbəb ola bilər, həmçinin Amerika ictimaiyyətinin ciddi etirazı ilə nəticələnər: “Xalqınız övladlarını ölümə göndərməyinizə imkan verməz”, - deyə bildirib.

Zülfüqari ABŞ siyasətçilərinə, xüsusilə Donald Trampa da sərt mesaj ünvanlayıb: “Siz, xüsusilə də düşüncəsiz prezident Tramp, media şouları ilə güclü İrana qarşı bu müharibədə uğur qazana bilməyəcəksiniz”, - deyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar nəticəsində Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev bu addımı Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhlükəsi ilə əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatına başladıqlarını açıqlayıb.

Daha əvvəl "The Wall Street Journal" qəzeti yazıb ki, İrana qarşı əməliyyat başlayandan bəri azı 13 amerikalı hərbçi həlak olub, 200 nəfər isə yaralanıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
bizimyol.info

1Источники