Bakı, 23 mart, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasında toxum və torpaq analizləri də həyata keçirilir. Fermerlər əkin etməzdən əvvəl laboratoriyaya analiz üçün nümunə təqdim edə və toxumun məhsuldarlıq səviyyəsini öyrənə bilərlər. Eyni zamanda, burada torpağın keyfiyyəti və nə qədər gübrəyə ehtiyacı olduğu yoxlanılır.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.
Fərid Səlimov- Müxbir
Ələkbər Baxşıyev- Operator
Nurlan Abdullayev- Montaj