RU

Azərbaycan düyü idxalını 14%-ə yaxın azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 10 milyon 604 min dollar dəyərində 11 min 976 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 868 min və ya 21,3%, miqdar ifadəsində isə 13,6% və ya 1 879 ton azalıb. 

Cari ilin ilk 2 ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-ni təşkil edib. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 13 milyon 472 min dollar dəyərində 13 min 855 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
37
1
banco.az

2Источники