RU

İnformasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya vərabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalarındəyəri 106,1 milyon manat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 2,1 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 4,4%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faizçox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya 58,9 faiziməhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi)xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9 faizidövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindənqoyulub.

Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.

Избранный
54
3
az.trend.az

5Источники