RU

BMI Yaxın Şərqdə münaqişənin uzanacağı təqdirdə neftin 150 dollara çata biləcəyini proqnozlaşdırır

Bakı.Trend:

“Fitch Solutions”un tərkibinə daxil olan BMI şirkətininproqnozuna əsasən, yaxın müddətdə “Brent” markalı neftin qiymətləribir barel üçün 110–130 dollar civarına yüksələ bilər. Yaxın Şərqdəmünaqişə uzanacağı təqdirdə isə 150 dollar və daha yuxarısəviyyələrə qədər artım mümkündür.

Trend xəbər verirki, münaqişənin başlanğıcından bəri “Brent” nefti artıq 50 faizdənçox bahalaşıb, öncədən bağlanan kontraktlar bir barel üçün 109dollardan yuxarı satılır ki, bu da qlobal neft bazarlarında artantəzyiqi əks etdirir.

Qiymət artımı regionda enerji infrastrukturuna yönələnhücumların genişlənməsi də daxil olmaqla, eskalasiyanın davametməsi əlamətləri ilə izah olunur.

“İnvestorlar tədarükə dair istənilən təhdidlərə qarşı son dərəcəhəssasdırlar, bu da münaqişədən sonrakı bərpanın ləngiməsinə səbəbola bilər” deyə BMI analitikləri qeyd edirlər və vurğulayırlar ki,istehsal və ixrac hələ də əhəmiyyətli dərəcədə məhduddur.

“Brent” nefti son iki həftə ərzində bir barel üçün 90–110 dollarcivarında ticarət olunsa da, BMI hesab edir ki, bu intervalınqorunub saxlanılması gözlənilən deyil. “Münaqişənin davam edəcəyitəqdirdə, bir-iki həftə ərzində bir barel üçün 110–130 dollardiapazonuna davamlı keçidi gözləyirik”, — hesabatda qeydolunur.

Uzunmüddətli perspektivdə BMI 2026-cı ildə “Brent” neftinin ortaqiyməti üzrə baza proqnozunu bir barel üçün 70 dollar səviyyəsindəsaxlayır, lakin 75–82 dollar aralığına qədər mümkün korrektəyəhazırlaşır. Bu, analitiklərin münaqişənin müddətinə dairbaxışlarının qısamüddətli (dörd həftəyədək) ssenaridən dahauzunmüddətli, hətta səkkiz həftəyədək uzana biləcək ssenariyə doğrudəyişməsini əks etdirir.

“Neft bazarına təsir zamanla tədricən yığılır və daha bir aydavam edən hərbi əməliyyatlar — Hörmüz boğazı vasitəsilətədarüklərin son dərəcə aşağı səviyyədə qalması və kritikinfrastrukturun təkrar hücumlara məruz qalması ilə - bazara misligörülməmiş təzyiq göstərəcək”, - BMI bildirir.

Münaqişədən əvvəl Hörmüz boğazı vasitəsilə gündə təxminən 20milyon barel neft daşınırdı. Yüngülləşdirici amillərə — axınlarınQırmızı dəniz və alternativ boru kəmərləri vasitəsiləyönləndirilməsi, strateji ehtiyatlardan istifadə, Rusiyaya qarşısanksiyaların qismən yumşaldılması və tələbatın məhdud şəkildəazalması - bütün bunlara baxmayaraq, tədarükdə əhəmiyyətliçatışmazlıqla qalmaqdadır.

BMI proqnozlaşdırır ki, münaqişə dövründə gündəlik tədarükdə7,5–15 milyon barel həcmində fasilələr yaranacaq. “Bazar təsirizamanla yığılacaq, fiziki dislokasiyalar isə artacaq”, — hesabatdaqeyd olunur.

Proqnoz olduqca qeyri-sabit qalır və qiymətlərin bir barel üçün130 dollardan yuxarı yüksəlməsi üçün bir sıra potensial amillərmövcuddur. Bunlara Hörmüz boğazında eskalasiyaların kəskinləşməsi,Qırmızı dənizdə və ya Yanbu kimi ixrac mərkəzlərində fasilələrinyaranması, həmçinin İranın və digər Körfəz ölkələrinin əsas nefthasilatı və ixrac infrastrukturuna hücumlar daxildir.

“Daha uzunmüddətli münaqişə halında bu, neft və neft məhsullarıüzrə proqnozlarımızın əhəmiyyətli şəkildə yenidən nəzərdənkeçirilməsini tələb edəcək, çünki daha güclü və uzunmüddətli təklifşoku və bərpanın ləngiməsi müşahidə olunacaq”, - BMI analitikləriyekunlaşdırıblar.

Məqalədə:
Избранный
64
1
az.trend.az

2Источники