RU

Starmer: İranın bizi hədəf alması barədə məlumat yoxdur

Starmer: İranın bizi hədəf alması barədə məlumat yoxdur

İngiltərə Baş naziri Keyr Starmer ölkəsinin İran raketləri tərəfindən hədəfə alındığına dair əllərində heç bir məlumatın olmadığını bəyan edib.

AFN.az xəbər verir ki, mətbuata açıqlama verən Starmer Hind okeanındakı Çaqos adalarında yerləşən və ABŞ qüvvələrinin də istifadə etdiyi Britaniyanın "Dieqo Qarsiya" bazasının İran tərəfindən hədəf alındığını, lakin heç bir raketin hədəfə dəymədiyini qeyd edib.

İranın Britaniya maraqlarına, vətəndaşlarına və Körfəz bölgəsindəki müttəfiqlərinə qarşı fəaliyyətlərinin pislənilməli olduğunu vurğulayan Baş nazir Britaniya maraqlarını və vətəndaşlarının həyatını qorumağın onun bir nömrəli vəzifəsi olduğunu diqqətə çatdırıb. O, bu məqsədlə bölgədə müdafiə əməliyyatları apardıqlarını və bunu davam etdirəcəklərini, İranın atdığı addımların isə ehtiyatsız hərəkətlər olduğunu bildirib.

"Dieqo Qarsiya" bazasına iki ballistik raketin atılmasından sonra İngiltərə əsas ərazisinin İranın hədəfi olub-olmayacağı barədə suala cavab verən Starmer təhlükəsizliyi təmin etmək üçün davamlı qiymətləndirmələr apardıqlarını və bu şəkildə hədəf alındıqlarına dair heç bir rəsmi rəyin olmadığını vurğulayıb. İngiltərə Müdafiə Nazirliyi də sözügedən bazanın hədəf alındığını, lakin raketlərin bazaya düşmədiyini təsdiqləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə ölkəsinin "Dieqo Qarsiya" bazasını ballistik raketlərlə vurduğu barədə iddiaları rədd edərək, bu hücumu İsrailin "saxta bayraq" əməliyyatı kimi xarakterizə edib.

Избранный
48
afn.az

1Источники