RU

Keçmiş şahzadə həbsdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Britaniya kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbatten-Vindsor maliyyəçi Ceffri Epşteynlə bağlı həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Publika.az xəbər verir ki, onun fotoları “Page Six” saytında dərc edilib.

Endryu cangüdəninin müşayiəti ilə Norfolkdakı Sandrinqem malikanəsində itlərini gəzdirərkən paparassilərə yaxalanıb.

Qeyd edək ki, fevralın 19-da Endryu Mauntbatten-Vindsor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri fonunda həbs edilib.

Избранный
72
publika.az

1Источники