RU

Əraqçi: Regiondakı bazaları vurmaq bizim özünümüdafiə hüququmuzdur

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

İran, Yaxın Şərq ölkələrindəki obyektlərə zərbələr endirməklə öz qanuni özünümüdafiə hüququnu reallaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bildirib. İran XİN-in mətbuat xidmətinin məlumatına görə, Əraqçi vurğulayıb:

"İranın region ölkələrindəki hərbi bazalara və təcavüzkarların obyektlərinə zərbələr endirməsi onun ayrılmaz özünümüdafiə hüququna uyğundur".

Əraqçi həmçinin ABŞ-ın müsəlman ölkələrinin ərazilərindən istifadə etməsindən təəssüfləndiyini əlavə edib. Söhbət zamanı o, Yaxın Şərq ölkələrini Hörmüz boğazındakı böhrana görə ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
icma.az

2Источники