RU

Sumqayıtda avtobus sürücüsünün təhlükəli manevr etməsinin səbəbi AÇIQLANDI VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıtda sərnişin avtobusunun təhlükəli manevr etməsinin səbəbi açıqlanıb.Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, 500 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusun qarşısındakı nəqliyyat vasitəsi qəfil dayandığından toqquşma riski yaranıb:"Martın 22-si Sumqayıt Avtovağzalı istiqamətində hərəkət edən, "BakuBus" MMC-yə məxsus 500 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə təhlükə vəziyyət yaranıb.İlkin araşdırma zamanı məlum olub ki, avtobusun qarşısındakı nəqliyyat vasitəsi qəfil dayandığından toqquşma riski yaranıb. Sürücü yaranmış qəza şəraitindən yayınmaq, həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə məcburi manevr edib. Bu manevr nəticəsində yol hərəkətinin digər iştirakçıları üçün qısamüddətli maneə yaranıb.Hadisə ilə bağlı tərəfimizdən dərhal xidməti araşdırma aparılıb. Sürücünün izahatı alınıb, onunla profilaktik söhbətlər aparılıb və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təkrar təlimlərə cəlb edilib"./oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
avtosfer.az

1Источники