RU

Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq” Hörmüz boğazı bağlı qalarsa...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdə artan gərginlik qlobal enerji marşrutlarının təhlükəsizliyinə diqqəti artırıb. Xüsusilə neftin əhəmiyyətli bir hissəsinin Hörmüz boğazından keçməsi beynəlxalq bazarlarda narahatlıq doğurur. Bu boğazın bağlanması halında isə dünya iqtisadiyyatında hansı dəyişikliklər baş verə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, dünyanın ən böyük mayeləşdirilmiş qaz ixracatçılarından biri olan Qətər bu qazın ixracını əsasən Hörmüz boğazı vasitəsilə həyata keçirir. Bununla yanaşı, Çin də ixrac və idxal potensialını reallaşdırmaq üçün dəniz daşımalarının böyük hissəsini məhz bu boğaz üzərindən həyata keçirir.

Onun sözlərinə görə, Hörmüz boğazı orta sahibkarlıq subyektlərinin inkişafı baxımından da dünyada mühüm rol oynayır. Belə ki, iqtisadiyyatın əsasını təşkil edən tekstil, nəqliyyat vasitələri və avtomobil bazarının sabitliyi də müəyyən mənada bu marşrutdan asılıdır: “Yaxın Şərqdə baş verən gərginlik dünya iqtisadiyyatında ümumi nizamın və sistemin pozulmasına səbəb olub. Enerji qiymətlərinin artması istehsal sahəsində ciddi bahalaşmaya gətirib çıxaracaq. Nəticə etibarilə iqtisadiyyatın sərbəstliyi və planlaşdırılması çətinləşir. Məsələn, iri şirkətlərin 3 və ya 5 illik strateji planları mövcud gərginlik səbəbindən qeyri-müəyyən vəziyyətə düşür və büdcə planlaşdırması ciddi şəkildə çətinləşir”.

Ekspert vurğulayıb ki, əgər bu bazar uzun müddət  bağlı qalarsa, təsəvvür etmək çətin deyil ki, hansı nəticələr baş verə bilər: “Bu o deməkdir ki, dünyanın neft və enerji daşıyıcılarına ehtiyacı olan hissəsinin təxminən beşdə biri təminatsız qala bilər və enerji çatışmazlığı böhranı ilə üz-üzə qala bilər. Bu mənada dünya iqtisadiyyatının sistemi pozular və nəticədə bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olar”.

Oğuz Ayvaz 

“AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
azpolitika.info

1Источники