RU

Qazaxıstan yeni tranzit enerji dəhlizlərini inkişaf etdirir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astana, 23 mart, AZƏRTAC

Qazaxıstan yeni tranzit dəhlizlərini inkişaf etdirərək beynəlxalq bazarların karbohidrogen xammalı ilə fasiləsiz təmin olunmasını davam etdirir.

AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu nazirliyin rəhbəri Yerlan Akkenjenov Hyustonda keçirilən “CERAWeek” beynəlxalq enerji konfransı çərçivəsində “S&P Global “şirkətinin vitse-prezidenti, Pulitser mükafatı laureatı Deniel Yergin ilə görüşdə deyib.

Bildirilib ki, dialoqun əsas mövzuları qlobal enerji bazarının aktual çağırışları, logistika marşrutlarının dəyişməsi, investisiya axınlarının yenidən bölüşdürülməsi, həmçinin mövcud makroiqtisadi vəziyyətin transmilli korporasiyaların strategiyalarına təsiri olub.

Yerlan Aqqenjenov vurğulayıb ki, Qazaxıstan üçün prioritet vəzifə dərin emal və neft-qaz kimyası sektoruna ABŞ və transmilli kapitalın cəlb edilməsidir. “Qlobal logistika zəncirlərinin yenidən qurulduğu şəraitdə Qazaxıstan enerji resurslarının etibarlı və sabit tədarükçüsü olaraq qalır. Biz beynəlxalq tərəfdaşların etimadını konkret texnoloji layihələrə və ölkə daxilində neft-qaz kimyası kompleksinin inkişafına yönəltməyə hazırıq”, – deyə o bildirib.

Deniel Yergin Mərkəzi Asiyanın dünya enerji xəritəsində artan rolunu qeyd edərək Qazaxıstanı regionda sabitliyin mühüm amili adlandırıb və ölkənin uzunmüddətli beynəlxalq kapital üçün əlverişli və təhlükəsiz mühit formalaşdırdığını vurğulayıb.

Elşən Tüstəmov

AZƏRTAC-ın xüsusi müdbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
azertag.az

3Источники