RU

Ayxan Abbasovun mətbuat konfransı olacaq

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 18.30-da media nümayəndələrinin qarşısına çıxacaq:

26 mart
Sent Lüsiya milli komandası

10.30. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18.30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Azərbaycan milli komandası
18.30. Mətbuat konfransı (Dalğa Arena)
19.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Избранный
60
4
football-plus.az

10Источники