RU

Marsel klubu prezidenti ilə yollarını ayırdı

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Marsel" klubu prezidenti ilə yollarını ayırdı

"Marsel" klubu prezidenti Pablo Lonqoriya ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, klub 6 ildir müxtəlif vəzifələrdə komandanın uğurları üçün çalışan funksionerlə əməkdaşlığa vaxtından əvvəl xitam verildiyini elan edib.

Klubun yaydığı rəsmi bəyanatda Lonqoriyanın xidmətləri yüksək qiymətləndirilib:

"Marsel" üçün son altı il ərzində göstərdiyi fədakarlığa və gərgin əməyinə görə Pablo Lonqoriyaya dərin minnətdarlığımızı bildiririk. Klub ona gələcək fəaliyyətində və yeni başlanğıclarında səmimi qəlbdən uğurlar arzulayır".

Qeyd edək ki, hazırda "Marsel" Fransa Liqa 1-in turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
1
qol.az

2Источники