RU

İran planı ertələndi: dollar və neft faktoru işə düşdü

ABŞ prezidenti Donald Trampın İranın enerji infrastrukturuna zərbə endirilməsi qərarını beş gün müddətinə təxirə salması diqqət çəkən iqtisadi səbəblərlə izah olunur.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, bu qərarın arxasında əsasən qlobal maliyyə və enerji bazarlarında yaranan risklərin qarşısını almaq məqsədi dayanır.

Bildirilir ki, mümkün hərbi əməliyyatlar neft qiymətlərində kəskin sıçrayışa və dollar bazarında dalğalanmalara səbəb ola bilərdi. Bu isə dünya iqtisadiyyatı üçün əlavə təzyiq demək idi.

Məhz bu səbəbdən Vaşinqton administrasiyası situasiyanı nəzarətdə saxlamaq və bazarlarda panikanın qarşısını almaq üçün qərarı müvəqqəti olaraq dondurub. Mənbələr qeyd edir ki, bu fasilə eyni zamanda diplomatik kanalların açıq qalmasına da imkan yaradır.

 

Musavat.com

Избранный
56
musavat.com

1Источники