RU

82-ci diviziya İrana qarşı hazır vəziyyətdə – son qərar...

ABŞ-nin Yaxın Şərqdə hərbi aktivliyi artırması ilə bağlı yeni detallar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, ABŞ mediasının və hərbi mənbələrin yaydığı məlumatlara görə, Vaşinqtonun regiona əlavə qüvvələr göndərmək planı dəyişməyib.

CBS telekanalının məlumatına əsasən, ABŞ administrasiyası Yaxın Şərqə minlərlə dəniz piyadası və 82-ci hava-desant diviziyasının bölmələrini yerləşdirməyi nəzərdən keçirir. Prezident Donald Trampın quru qoşunlarının bölgəyə göndərilməsi imkanını müzakirə etdiyi bildirilir, lakin bu qərarın hansı şərtlər daxilində veriləcəyi hələ də açıqlanmır.

“The New York Times” nəşrinin müdafiə sahəsindəki mənbələrə istinadən yaydığı məlumata görə isə, ABŞ hərbi rəhbərliyi 82-ci hava-desant diviziyasının təxminən 3000 nəfərlik briqada döyüş qrupunun mümkün yerləşdirilməsini qiymətləndirir. Bu qüvvələr sürətli reaksiya qüvvələri (IRF) tərkibinə daxildir və dünyanın istənilən nöqtəsinə 18 saat ərzində göndərilə bilir.

Bundan əlavə, Şimali Karolinada yerləşən Fort Breqq bazasındakı diviziya qərargahının bəzi elementlərinin də mümkün əməliyyatlara dəstək üçün cəlb oluna biləcəyi qeyd olunur.

 

Musavat.com

Избранный
37
11
musavat.com

10Источники