RU

Fizika qanunlarını alt üst edən kəşf: Sən demə...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın Konstans Universiteti alimləri 300 ildir dəyişməz qalan fizika qanunlarına zidd olan yeni sürtünmə növü aşkar ediblər. "Nature Materials" jurnalında dərc olunan araşdırma səthlərin bir-birinə toxunmadan da sürtünmə yarada biləcəyini sübut edir.Demokrat.az-ın məlumatına görə indiyə qədər Amonton qanununa əsasən sürtünmə qüvvəsi yalnız səthlərin bir-birinə sıxılma dərəcəsindən asılı idi. Lakin yeni təcrübə göstərir ki, maqnit sistemlərində bu qayda işləmir. Tədqiqatçılar iki qatdan ibarət maqnit qurğusu hazırlayıblar və onların arasında heç bir fiziki təmas olmasa da, hərəkətə qarşı müqavimət yaranıb.Bu qeyri-adi hadisənin səbəbi maqnit elementləri arasındakı "münaqişədir". Üst qatdakı maqnitlər bir istiqamətə, alt qatdakılar isə tam əks istiqamətə meyil etdiyi üçün sistem stabil vəziyyət seçə bilmir. Hərəkət zamanı yaranan bu enerji itkisi sürtünmə effekti yaradır. Maraqlıdır ki, qatlar arasındakı məsafə çox az və ya çox çox olduqda sürtünmə minimuma enir, orta məsafədə isə kəskin artır.Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə aşınmayan mexanizmlərin yaradılmasına yol açacaq. Xüsusilə mikro və nano cihazlarda, maqnit podşipniklərdə və vibrasiya əleyhinə sistemlərdə bu texnologiyadan istifadə fərqli perspektivlər vəd edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
demokrat.az

1Источники