Bakı, 24 mart, AZƏRTAC
Perunun cənubunda, Arekipa–Puno magistral yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Diario Correo” qəzeti yerli polisə istinadla məlumat yayıb.
Məlumata görə, 11 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hazırda polis və prokurorluq qəzanın səbəblərini araşdırır.