RU

ABŞ-də neft emalı zavodunda güclü partlayış baş verib

Texas ştatının Port Artur şəhərindəki "Valero" şirkətinin neft emalı zavodunda (NEZ) güclü partlayış baş verib.

"Far.Az" bu barədə "CNBC" telekanalının yerli bölməsinə istinadən xəbər verir.

İnsidentdən sonra müəssisənin üzərində qatı tüstü buludu yaranıb.

"Valero" neft emalı zavodunda baş vermiş son partlayış fonunda ətraf ərazilərdəki bütün sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə dərhal təhlükəsiz yerdə sığınmaq əmri verilir", - yanğınsöndürmə xidmətindən bildirilib.

Məlumata görə, hər gün 435 min neft barel emal edən zavodda 770 nəfər çalışır.

Dairə şerifi Zena Stivens bildirib ki, partlayışın ilkin səbəbi sənaye qızdırıcısı olub. Səlahiyyətli orqanlar NEZ ətrafındakı havanın keyfiyyətinə nəzarət edirlər.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Избранный
75
1
far.az

2Источники