RU

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

İstanbulun Etiler səmtində it gəzdirməklə gəlir əldə etdiyini bildirən bir şəxsin paylaşımı sosial mediada gündəm olub. Saatlıq 1500 TL qazandığını deyən şəxs, gündəlik bir neçə saatlıq işlə aylıq gəlirinin 150 min TL-yə (təxminən 7500 AZN) çatdığını bildirib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, paylaşımda qeyd olunur ki, it gəzdirməyin saatlıq haqqı 1500 TL-dir. Gün ərzində cəmi 4 it gəzdirməklə aylıq qazanc 150 min TL-yə çatır. Bu işi görərkən heç bir əlavə xərclə qarşılaşmadığını və gəlirinin tamamilə vaxtını düzgün dəyərləndirməyə əsaslandığını qeyd edən şəxs, bəzi peşə qruplarında iş tapmağın çətinliyinə diqqət çəkib. O, fərqli iş imkanlarının dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Bu paylaşım qısa müddətdə böyük müzakirələrə səbəb olub. Sosial media istifadəçilərinin bir qismi bu növ işlərin böyük fürsətlər yaratdığını müdafiə etdiyi halda, digərləri vergi ödənişi və qeydiyyatsız əmək fəaliyyəti kimi məsələləri qabardaraq vəziyyəti tənqid ediblər.

Избранный
19
5
konkret.az

6Источники