RU

Pandemiya zamanı qurulan ŞƏBƏKƏ – Dövlətin aldığı tibbi ləvazimatlar özəl klinikalara kim satıb?

Pandemiya dövründə ölkədə laboratoriya imkanlarının genişləndirilməsi adı ilə böyük məbləğdə dövlət vəsaitinin xərcləndiyi məlum idi. Lakin yeni ortaya çıxan iddialar həmin vəsaitlərin xərclənməsi zamanı ciddi korrupsiya mexanizmlərinin işlədildiyini göstərir.

Məlumata görə, pandemiya zamanı yeni laboratoriyalar qurulub, avadanlıqlar alınıb, test sistemləri və reagentlər üçün iri həcmli satınalmalar həyata keçirilib.

Lakin bu satınalmaların böyük hissəsinin yenə də eyni şirkətlər üzərindən həyata keçirildiyi iddia olunur.

Bundan başqa, dövlət hesabına alınan bəzi reagent və tibbi materialların sonradan özəl laboratoriyalara yönləndirildiyi barədə də məlumatlar var. Bu isə pandemiya kimi həssas dövrdə ayrılan dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı ciddi suallar yaradır. İddialar təsdiqlənəcəyi təqdirdə, söhbətin milyonlarla manatlıq korrupsiya sxemindən getdiyi bildirilir.mənbə bu link

Sara


Избранный
4
1
azia.az

2Источники