RU

Sirkə ilə bunu qatıb şüşəni silirsən, 2 ay toz tutmur

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ev təmizliyində vaxta qənaət etmək istəyənlər üçün maraqlı üsul təqdim olunub. Məlum olub ki, adi mətbəx ləvazimatları ilə hazırlanan xüsusi məhlul pəncərələrdə görünməz qat yaradaraq tozun və suyun şüşəyə yapışmasının qarşısını alır.Bu üsulun əsasını sirkə və nişasta qarışığı təşkil edir. Ekspertlərin fikrincə, sirkə şüşə üzərindəki inadkar ləkələri və mineral qalıqları təmizləyir, nişasta isə quruduqdan sonra səthdə mikroskopik qoruyucu təbəqə yaradır. Beləliklə, yağış damcıları və toz zərrələri şüşəyə tutuna bilmir, sadəcə sürüşüb gedir.Effektiv məhlulu hazırlamaq üçün 3 litr ilıq suya 2 xörək qaşığı sirkə və 1 xörək qaşığı kartof nişastası əlavə etmək kifayətdir. Mətbəx pəncərələri kimi yağlı buxarın çox olduğu yerlərdə parlaqlığı artırmaq üçün qarışığa bir neçə damcı ammonyak da qatıla bilər.Yüksək nəticə əldə etmək üçün təmizlik zamanı bəzi qaydalara əməl olunmalıdır. Nişastanın dibə çökməməsi üçün məhlulu mütəmadi qarışdırmaq və mikrofiber bezlərdən istifadə etmək məsləhətdir. Eyni zamanda, şüşələri günəşin birbaşa vurmadığı və küləksiz havada silmək lazımdır ki, məhlul vaxtından tez quruyub ləkə saxlamasın. Bu sadə metod pəncərələrin 60 gün ərzində təmiz qalmasını təmin edir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
demokrat.az

1Источники