RU

Zaqatalada AĞIR QƏZA

Zaqatalada baş verən qəzada sürücü xəsarət alıb

Axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 24 yaşlı kənd sakini Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.

Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər sürücünün vəziyyətini orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
51
1
bizim.media

10Источники