RU

"Müharibə İranın bütün şərtləri yerinə yetirilənədək davam edəcək" 

İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi müharibənin dayandırılması üçün üç şərt açıqlayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Rzayi bu barədə İran Dövlət Televiziyasının Xəbər Şəbəkəsinə (IRINN) geniş müsahibəsində danışıb.

Rzayi bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair zəmanət alınana qədər davam edəcək.

"Bu, xalqımızın, rəhbərin və silahlı qüvvələrimizin qərarıdır", - hərbi müşavir deyib və əlavə edib ki, ABŞ "47 il ərzində İran iqtisadiyyatına zərbə vurub" və onun inkişafına mane olub.

O iddia edib ki, İranın düşmənləri ölkəni beş hissəyə bölmək istəyirlər.

"ABŞ neft ehtiyatları ilə birlikdə Buşehr, Xuzistan və İlamı (İranın əyalətləri - red.) Venesuela kimi mənimsəmək istəyir", - Rzayi qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Избранный
6
15
manset.az

10Источники