RU

Bu ölkədə güclü zəlzələ olub

Sakit Okeanın cənubunda yerləşən Tonqa adasında güclü zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda ABŞ Geoloji Tədqiqatlar İdarəsi (USGS)məlumat yayıb.

Məlumata görə, 7,6 bal gücündə zəlzələnin yeraltı ocağı 238 kilometr dərinlikdə olub.

Yerli vaxtla 17:38-də qeydə alınmış yeraltı təkanların episentri Tonqanın ikinci ən iri şəhəri olan Neiyafu olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Hələlik sunami xəbərdarlığı elan edilməyib.

Bizim.Media

Избранный
21
2
bizim.media

3Источники