RU

Zaqatalada avtomobil çuxura düşdü, sürücü xəsarət aldı

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi VAZ-2109 avtomobili idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.

Hadisə nəticəsində xəsarət alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Избранный
15
13
nocomment.az

10Источники