RU

Paşinyanın Putinə zənginin pərdəarxası

Rusiya mediası bu telefon söhbətindən əvvəl Moskva-İrəvan münasibətlərinə təsir göstərə biləcək bir sıra hadisələr baş verdiyinə diqqət çəkir

Prezident Putinlə Ermənistan baş naziri arasında dünənki telefon danışığı ilə bağlı Kremlin rəsmi açıqlaması olduqca qısadır. Məlumatda sadəcə telefon zənginin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. “İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticarət, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub”, - deyə açıqlamada bildirilir.


Musavat.com xəbər verir ki, Rusiya mediası bu telefon söhbətindən əvvəl Moskva-İrəvan münasibətlərinə təsir göstərə biləcək bir sıra hadisələr baş verdiyinə diqqət çəkir.

Məsələn, ötən həftə Paşinyan Avropa Parlamentində 25 dəqiqəlik çıxış edib. O, Rusiya ilə əlaqəli ruhanilərin və müxalifət xadimlərinin iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanda sülhü pozmağa və sonra vəziyyəti müharibəyə çevirməyə çalışdıqlarını bildirib.

Rusiyadan gələ biləcək hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün isə İrəvanın təklifi ilə Avropa İttifaqı Ermənistana xüsusi qrupu göndərməyə qərar verib. Həmçinin, may ayında Aİ İrəvanda sammit keçiriləcəyini açıqlayıb. “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı etmək istəyi Rusiya ilə münasibətləri qorumaq üçün daha bir fürsətdir”. Musavat.com xəbər verir ki, iki ölkə rəhbərinin dünənki telefon danışığını ura.ru-ya şərh edən Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin Asiya sektorunun rəhbəri Stanislav Pritçin deyib. S.Pritçinin açıqlamasına görə, İrəvan iqtisadi cəhətdən Moskvadan asılı olaraq qalır və qərbyönlü mövqeyinə və hətta sərt açıqlamalarına baxmayaraq, Paşinyan Putinlə əlaqələrini qorumağa çalışır.


Picture

Stanislav Pritçin Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ən yaxşı vəziyyətdə olmadığını deyib:

“Paşinyan həqiqətən də ən vacib hadisələr ərəfəsindədir. Onu parlament seçkilərində hakimiyyətini qoruyub saxlamaq istəyir. O, bu seçkilərə xüsusi diqqət yetirir, eyni zamanda, onun vektoru hələ də qərbyönümlüdür. Moskva ilə İrəvan arasındakı münasibətlər pisləşir, ona görə də Paşinyan onları birtəhər sabitləşdirməyə çalışır. Ermənistan iqtisadiyyatının Rusiya investisiyalarından əhəmiyyətli dərəcədə asılılığı nəzərə alınmaqla, münasibətləri kəsmək çətindir. Düşünürəm ki, bu zəng Paşinyanın ən azı seçkilərə qədər bir qədər neytral mövqe tutmaq cəhdidir ki, seçicilər Paşinyanın Rusiya münasibətlərinə ciddi şübhə etməsinlər”.

Dzen.ru-da telefon zənginin Aİ-nin ttifaqına Rusiyanın hibrid təhdidlərinə qarşı mübarizə aparmaq üçün qrup yaratmaq qərarından qısa müddət sonraya təsadüf etməsinə diqqət çəkib. İddia edilir ki, Ermənistan Moldovada keçirilən prezident seçkilərində Aİ-nin təcrübəsindən istifadə etmək niyyətindədir. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da söz verib ki, Brüssel Ermənistanı xarici müdaxilə ilə mübarizədə tək qoymayacaq və Avropaya güvənə bilərlər.

“İzvestiya” nəşri isə telefon danışığı xəbərinin fonunda fevralın 12-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk iki ölkənin dəmir yolunun bərpası üçün danışıqlara başladığını yada salıb. Overçukun sözlərinə görə, bu 1,6 və 12,4 kilometrlik hissələrin bərpası Rusiyaya Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa dəmir yolu əlaqələri təmin edəcək.

Musavat.com

Избранный
18
50
musavat.com

10Источники