RU

"İnsanlar dəliyə baxmağı sevir, canlı yayımda ye, layk yığ" - Paşinyana istehzalı şərhlər yazdılar

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Paşinyan feysbuk hesabını izləyənlərə təşəkkür edib və bildirib ki, izləyicilərinin sayı 174 milyona çatıb:

"104.4 milyon baxış, üzərinə 70.2 milyon baxış - cəmi 174.6 milyon baxış edir. Hamınızı sevirəm. Səhifələrimi izlədiyiniz üçün təşəkkür edirəm".

Şərhlərdə bəziləri Nikol Paşinyanı dəstəkləyib, bəzilər isə onun siyasi fəaliyyətinin tükəndiyini, laykları yemək videolarına görə yığdığını bildirib:

"Daha tez-tez canlı yayımda ye, daha çox baxış olacaq. Canlı yayımda yemək yeyən bütün blogerlərin səhifələri də çoxlu baxış toplayır, bu, sadə texnologiyadır. Onsuz da sən siyasi fiqur kimi artıq tükənmisən, heç kimə maraqlı deyilsən, faktiki olaraq mövcud deyilsən, qalır ki, yeyə-yeyə səhifənin baxışını təmin edəsən. Heç nə olmaz, bir-iki ay da ye, səhifənin baxışları ilə sevin. Amma iyunun 8-dən tam başqa bir reallıqda oyanacaqsan".

Digər insanların şərhi də maraq çəkib.

"Bəli, insanlar dəli insanlara baxmağı sevir", - deyə erməni sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

Избранный
76
musavat.com

1Источники