RU

Trampın İranla bağlı mövqeyinin qəfil dəyişməsinin səbəbi bəlli oldu

ABŞ prezidenti Donald Tramp, Misirlə SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) arasında əlaqələr normallaşdıqdan sonra Tehranla bağlı mövqeyini dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrə görə, Misir kəşfiyyat rəsmiləri SEPAH ilə əlaqə qurmağı bacarıb və beş günlük atəşkəs təklifi irəli sürüblər. Bu müzakirələr də Trampın mövqeyinin qəfil dəyişməsi üçün zəmin yaradıb.

Bildirilir ki, bu vəziyyət Trampın və onun bəzi müşavirlərinin müharibəyə son qoymaq istəyinin artdığını əks etdirir.

Избранный
3
50
publika.az

10Источники