Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçılar dizel yanacağının miqdarına rasionlaşdırma tətbiq ediblər.
"Anglia Farmers" şirkətinin sözçüsü Patrik Krehan da bunu təsdiqləyib. O bildirib ki, topdansatış təchizatçıları mümkün qədər çox sorğunu ödəmək üçün sifariş həcmlərini azaltmalı olublar:
"Məsələn, bir fermerə 10 ton yerinə, müxtəlif fermerlərə 2 ton çatdırırlar. Biz paylamanı birbaşa görürük".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31