RU

Qazaxıstan və Çin Trans-Xəzər nəqliyyat marşrutu üzrə konteyner xidmətlərini inkişaf etdirir

Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), “Çin-Avropa”, “Çin-Mərkəzi Asiya” və “Çin-Rusiya” əsas istiqamətlər üzrə konteyner xidmətlərinin birgə inkişafını müzakirə ediblər.

“İki sahil” Qazaxıstan Dəmir Yollarının (QDY) mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq məsələlər “QDY” MK” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının Direktorlar Şurasının sədri Qo Çjusyu arasında Pekində aparılan danışıqlarda nəzərdən keçirilib.

Çin tərəfi 2025-ci il üçün yük daşımalarının həcmində sistemli və davamlı artımı məmnuniyyətlə qeyd edib. Tərəflər 2026-cı ildə dövlətlərarası sərhəd keçid məntəqələri vasitəsilə daşımaların həcminin və qatar mübadiləsinin gələcəkdə artırılması planlarını açıqlayıblar. Tranzit potensialını gücləndirmək üçün tərəflər konteyner qatarlarının sayını artırmaq, qarşılıqlı əlaqə proseslərini dərindən rəqəmsallaşdırmaq və daşınmaların planlaşdırılması və idarə olunması ilə bağlı ilkin məlumat ötürülməsi barədə razılığa gəliblər.

“Alaşankou-Dostık” hissəsində ikinci yolların tikintisinin sinxronlaşdırılması, terminal qurğularının inkişaf etdirilməsi, eləcə də “Altınkol-Xorqos” və “Xorqos-Tsinxe” hissələrinin modernləşdirilməsi planlaşdırılır. Gündəliyin ayrıca bir bəndi kimi proqnozlaşdırılan yük həcmlərinin və növlərinin müəyyən edilməsi də daxil olmaqla üçüncü sərhədyanı dəmir yolu keçidi layihəsi olan “Baxtı-Taçen”in həyata keçirilməsi olub. Tərəflər, həmçinin Çindən Qazaxıstanın şəhərlərinə və Orta Asiya ölkələrinə turist qatarının işə salınmasını müzakirə ediblər.

Избранный
3
3
ikisahil.az

4Источники