RU

Ağır qəzada yaralananların kimliyi AÇIQLANIB-FOTO

Ajans.az xəbər verir ki, hadisə Ələt–Astara magistralının Lənkəran rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədli idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini, Xanım Məmmədli yaralanıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Unikal

Избранный
5
1
Ajans.az

10Источники