RU

KİV: İranın enerji infrastrukturu obyektləri zərbələrə məruz qalıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın bir neçə enerji infrastrukturu obyekti zərbələrə məruz qalıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" İran KİV-ə istinadən məlumat yayıb.

Xüsusilə, İsfahan şəhərində qaz idarəsinin binasına və qaz təzyiqinin tənzimləmə stansiyasına, həmçinin Xorrəmşəhr şəhərindəki elektrik stansiyasının qaz kəmərinə zərbələr endirilib.

İsfahandakı zərbələr zamanı binalar və evlər zərər görüb.

KİV bunların İsrail, yoxsa ABŞ zərbələri olduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
3
cebheinfo.az

4Источники