RU

Azərbaycan ötən il Rusiyadan 17 milyon dollarlıq şirniyyat idxal edib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan 2025-ci ildə Rusiyadan 17 milyon ABŞ dollarından çox məbləğdə şəkərli qənnadı məmulatları idxal edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Aqroeksport" mərkəzi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ötən il Rusiyada bu məhsulların alıcıları sırasında ilk üçlüyə (üçüncü yer) daxil olub.

Ümumilikdə, Rusiya ötən il xarici bazarlara 84 min ton şəkərli qənnadı məmulatları tədarük edib. İxracdan əldə edilən gəlir 13 % artaraq, təxminən 258 milyon ABŞ dollarına (rekord göstərici) çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
4
cebheinfo.az

5Источники