RU

BMT: Hörmüz boğazının blokadası Sudan, Əfqanıstan və Yəməndə aclığı dərinləşdirə bilər » AzadMedia.az

BMT:


Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edir ki, Hörmüz boğazında mümkün blokada artıq aclıqdan əziyyət çəkən ölkələrdə vəziyyəti daha da ağırlaşdıra bilər. Bu barədə BMT-nin Layihələrə Xidmət İdarəsinin icraçı direktoru Jorge Moreira da Silva məlumat verib.

Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artmasının nəticələri münaqişə zonasından kənara da yayılır və xüsusilə inkişaf etməkdə olan ölkələrə ciddi təsir göstərir. Ən ağır nəticələrin Asiya və Afrikadakı həssas ölkələrdə hiss olunacağı bildirilir.

Ekspert qeyd edib ki, Hörmüz boğazında nəqliyyatın pozulması enerji resurslarının tədarükünü risk altına salır. Bu isə gübrə bazarına mənfi təsir göstərərək ərzaq təhlükəsizliyini zəiflədir. Nəticədə Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali kimi ölkələrdə aclıq və qida çatışmazlığı daha da arta bilər.

BMT rəsmisinin qiymətləndirməsinə görə, yaxın bir il ərzində dünyada aclıq çəkən insanların sayı on milyonlarla arta bilər. O, həmçinin əlavə edib ki, Fars körfəzində müharibənin genişlənməsi pul köçürmələrinə də təhlükə yarada bilər ki, bu da xüsusilə Cənubi Asiya ölkələrinə mənfi təsir göstərəcək.

Избранный
45
1
azadmedia.az

2Источники