RU

İsrail Livanın cənubunda “təhlükəsizlik zonası”nı saxlayacaq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail qüvvələri Livanın cənubunda, Litani çayına qədər uzanan “təhlükəsizlik zonası”nı Hezbollah tərəfindən yaranan təhlükə tam aradan qaldırılana qədər nəzarətdə saxlayacaq.

Bizimyol.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bəyan edib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı “tam gücü ilə” fəaliyyət göstərəcək və İsrailin şimal bölgələrinin təhlükəsizliyi təmin olunmadan regionun cənubuna sakinlərin qayıdışı baş verməyəcək.

Katz bu açıqlamanı İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli zabitlərlə görüş zamanı verib.

Nazir əlavə edib ki, Litani çayı üzərində döyüşçülərin və silahların daşınmasında istifadə olunan körpülər məhv edilib, qalan obyektlər isə İsrail hərbçilərinin nəzarəti altında saxlanılacaq.

Bundan əlavə, İsrail ordusu Dov dağı ətrafında “Hizbullah”a məxsus tunel infrastrukturlarının və qruplaşmanın istifadə etdiyi digər obyektlərin aşkar edilərək məhv edildiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
icma.az

1Источники